Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində daha 2 nəfərin cəsədi aşkarlanıb ki, bununla da ölənlərin sayı 24-ə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.
Məlumata görə, gün ərzində xilasedicilər ərazidən üç ölü və bir cəsəd parçası tapıblar.
Son məlumatlara əsasən, 9 nəfər isə itkin düşmüş hesab olunur.
Xilasedicilərin fəlakət bölgəsindən 200 nəfərdən çox şəxsi təxliyə etdiyi deyilir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət