Lerikdə dağda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
BUTA.TV-ın məlumatına görə, rayona gəzintiyə gələn 3 nəfərin çıxdıqları sərt dağlıq ərazidən düşə bilmədikləri, köməksiz vəziyyətdə qalmaları ilə bağlı polisə məlumat daxil olub.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər zamanı müəyyən edilib ki, Lənkəran şəhər sakinləri Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidə çıxdıqları qayalıqda köməksiz vəziyyətdə qalıblar.
Onlar əraziyə cəlb olunan polis əməkdaşlarının köməyi ilə təhlükəsiz əraziyə çıxarılıblar. Xəsarət alan olmayıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət