İranlıların Ermənistan paytaxtında “hansısa ritual” keçirdiyi haqda qəribə məlumat paylaşılıb.
BUTA.TV xəbər verir ki, erməni mediası 20 avqustda İrəvanda (Xancyan küçəsində) yerləşən binalardan birində, axşam saatlarında İran vətəndaşı olan əcnəbilər bir növ mərasim keçirərək qışqırıblar.
Şahidlər iddia ediblər ki, onlar əvvəlcə “Allah, Allah” deyə təkrar-təkrar qışqırıblar, axırda balkondan stolu yerə tullayıblar. Atılan masa təsadüfən yoldan keçən və Rusiya vətəndaşı olan şəxsin başına düşəcəkmiş, “xoşbəxtlikdən” yan keçib.
Bina sakinlərinin iddiasına görə, iranlılar hansısa milli-dini ayin keçiriblər.
Polis hadisəni təsdiqləyib və sakinlərin şikayəti əsasında araşdırma aparıldığını bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət