Masallıda aşan ağac 100-dən çox ailənin istifadə etdiyi yolu bağlayıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, axşam saatlarında rayonun Mollaoba kəndi, Nəriman Nərimanov küçəsində yaşayan kənd sakini Səidə Məmmədtağı qızı Məmmədovaya məxsus evin damının üstünə iri gövdəli ağacın aşması nəticəsində 150 ailənin istifadə etdiyi yol bağlanıb. Həmçinin elektrik və rabitə dirəkləri zədələnib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun məlumatına görə, hazırda ərazidə polis əməkdaşları xidmət aparır. Nəqliyyatın alternativ yola yönləndirilməsi istiqamətində işlər görülür.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət