Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərindəki separatçıbaşı Araik Arutyunyan bu gün saat 11:00-da “təhlükəsizlik şurasının” genişləndirilmiş iclasını çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, əsas müzakirə mövzusu Ağdam-Xankəndi yolunun açılmasıdır.
İddiaya görə, iclasa “parlament fraksiyaları, keçmiş prezidentlər (Bako Saakyan və Arkadi Qukasyan nəzərdə tutulur – red.), eləcə də “milis qüvvələrinin” rəhbəri Karen Matevosyan dəvət edilib.
“Parlament qüvvələri” və keçmiş separatçıbaşılar görüşdən imtina ediblər.
Qeyd edək ki, Karen Matevosyan öz “milis dəstəsi” ilə “parlamenti” nəzarətə götürüb. Azərbaycan Baş Prokurorluğu artıq onun barəsində cinayət işi açıb
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət