Ankara Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında tez bir zamanda görüşün təmin olunmasını prioritet hesab edir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Prezident Administrasiyası bu görüşün müxtəlif tarixləri və müxtəlif formatları üzərində işləyir.
“Burada birinci prioritet prezidentimizin mümkün qədər tez Putinlə görüşməsini təmin etməkdir”, - müşavir bildirib.
Qeyd edək ki, bundan əvvəl "Blumberq" iddia edib ki, Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Vladimir Putinlə Soçidə görüşəcək.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır