Bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanının dayandığı Ağdam-Xankəndi yoluna gəliblər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hazırda onlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri tərəfindən məlumat verilir.
Belə ki, "Blumberq" (Bloomberg), BBC, “Röyters” kimi aparıcı media orqanlarının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları humanitar yüklər olan TIR-ların dayandığı ərazidə vəziyyətlə tanış olurlar.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət