Fransa ekoloji vəziyyətlə əlaqədar Avropa Birliyini ucuz aviabiletlərdən imtina etməyə çağırır.
BUTA.TV xəbər verir ki, Fransa Nəqliyyat Nazirliyində Avropa Birliyi səlahiyyətlilərinə karbon qazı tullantılarını azaltmaq üçün minimal qiymətlər siyasətini yenidən nəzərdən keçirmək təklif olunacaq.
Nazir Kleman Bonun sözlərinə görə, bununla da Paris “sosial və ekoloji dempinq ilə” mübarizə aparmaq niyyətindədir. O deyib ki, 10 avroluq ucuz aviabiletlər daha mümkün deyil.
Turizm sahəsində ekspert və “Trains for Europe” şirkətinin yaradıcısı Con Port bildirib ki, bu cür tədbirlər əhalinin müxtəlif təbəqələrinə qeyri-proporsional şəkildə təsir edəcək. Belə ki, imkanlı şəxslər müntəzəm olaraq təyyarə ilə uçmağa davam edəcək, azgəlirli sərnişinlər isə başqa bir ölkədə həftəsonundan imtina etmək məcburiyyətində qalacaqlar.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət