Böyük Britaniyanın “Challenger 2” tankı super silah deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksey Podberezkin deyib.
“Bu tanklar bir çox səbəblərə görə o qədər mükəmməl silah deyil. Belə ki, ağır olduğundan təmiri bir o qədər mümkün deyil. Ukrayna Silahlı Qüvvələri bu tankları qorumağa çalışdı və meydanda çox istifadə etmədi. Əgər daha çox istifadə etmiş olsaydılar, tankların çoxu məhv edilmiş olardı”, - Podberezkin bildirib.
Ekspertin sözlərinə görə, daha çox “Challenger” tanklarının Ukraynaya tədarükü elə də mümkün görünmür:
“Çatdırılmalar məhdud sayda davam edə bilər. Ancaq bu tədarüklərin həyata keçirilməsi üçün Böyük Britaniyada olanların əsaslı təmir edilməsinə ehtiyac var. Düşünürəm ki, Ukrayna Silahlı Qüvvələrinin potensialını 10-20 “Challenger” tankına çatdırmaq mümkün deyil. Çünki İngiltərədə də bu tanklar çox deyil. Eyni zamanda onlar çox yaxşı başa düşürlər ki, onların sayını artırılması çox işə yaramayacaq”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət