Yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn arasında görüş baş tutacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov yerli mediaya açıqlamasında deyib.
Onlar həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də təkbətək danışıqlar aparacaqlar:
"Görüş bu günlərin birində baş tuta bilər. Bu, tam tərkibli səfər olacaq - iki nümayəndə heyəti arasında danışıqlar aparılacaq və bundan sonra, lazım gələrsə, liderlər təkbətək görüşdə ünsiyyətlərini davam etdirəcəklər. Şimali Koreyadan olan qonağın şərəfinə Rusiya prezidenti adından rəsmi şam yeməyi də planlaşdırılır”, - Kremlin sözçüsü bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət