Rusiyada Soçidən Omska uçan “Ural hava yolları” şirkətinə məxsus sərnişin təyyarəsi Novosibirsk vilayətində qəza enişi edib.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata görə, təyyarədə 170 nəfər olub. Baş verən texniki nasazlıq səbəbindən pilotlar təyyarəni əkin sahəsinə endirməyə məcbur olublar.
Hadisə nəticəsində ölən olmayıb. Təyyarənin məcburi eniş etdiyi yerdə təcili yardım xidmətləri və xilasedicilər işləyir.
Hadisənin səbəbi araşdırılır.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır