Ukrayna Rusiya hərbi gəmilərinə daha çox dron hücumları həyata keçirəcək.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov deyib.
O bildirib ki, 2023-cü ildə Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı ötən illə müqayisədə 100 dəfədən çox artıb:
"Hesab edirəm ki, bu ilin sonuna qədər əvvəlki illə müqayisədə təxminən 120-140 dəfə artım olacaq".
Fyodorov qeyd edib ki, Ukrayna hətta rabitə pozulsa belə, bir neçə kilometr məsafədə hədəfləri tapa və ora PUA göndərə bilən süni intellekt sistemlərini sınaqdan keçirir:
"Aldığımız dronların bəziləri hədəfləri tanımaq üçün süni intellektdən istifadə edir. Süni intellekt meşədə hədəfi aşkarlaya və onun kimliyini - insan, tank və ya xüsusi bir nəqliyyat vasitəsi olduğunu müəyyən edə bilər. Bu texnologiyalardan fəal şəkildə istifadə olunur".
- “Şevrolet”lə avtoşluq edən sürücü həbs olundu - Video
- Azərbaycanın ən təhsilli və ən təhsilsiz rayonları
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq