İran regionda münaqişələrin kəskinləşməsindən narahatdır.
BUTA.TV xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında Azərbaycan Ordusunun qanunsuz silahlı birləşmələrə qarşı başlatdığı antiterror tədbirlərinə münasibət bildərərkən deyib.
O, bütün tərəfləri atəşkəs razılaşmasının müddəalarına əməl etməyə çağıraraq, ölkəsinin mövcud problemlərin danışıqlar yolu ilə aradan qaldırılmasına istəkli olduğunu diqqətə çatdırıb:
“İran “Dağlıq Qarabağ”ı Azərbaycan Respublikasının tərkib hissəsi hesab edir. Hesab edir ki, onun məsələləri, o cümlədən, sakinlərinin hüquq və təhlükəsizliyi bu çərçivədə, dialoq yolu ilə həll edilməlidir”, - XİN sözçüsü bildirib.
Kənani region ölkələrinin mübahisələrinin sülh yolu ilə həllinə yardım etməkdə Tehranın maraqlı olduğunu, İranın bununla bağlı 3+3 iclasını keçirməyə hazır olduğunu xatırladıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət