Bakıda qətl: 26 yaşlı şəxs öldürüldü

13:46 - 24 Sentyabr 2023 - GÜNDƏM

 Bakıda qətl: 26 yaşlı şəxs öldürüldü

Bakıda tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə BUTA.TV Nəsimi rayon prokurorluğundan məlumat daxil olub.

Qeyd olunub ki, sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun Nəsimi rayonu, M.Qaşqay kücəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda abortların sayı rekord həddə...

Hazırda ibtidai istintaq davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol