Türkiyənin paytaxtı Ankarada terrora cəhd edən iki PKK-çının Kayserinin Develi ilçəsində baytara məxsus avtomobili oğurladığı məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.
“Kayseridə Develidə dünən işə gedən bir baytar həkimdən xəbər ala bilməyən yaxınları jandarmaya məlumat verir. Daha sonra baytarın cəsədi tapılır və onun avtomobilinin qaçırıldığı məlum olur. Bütün detallar araşdırılır. İstinaqın nəticəsi bəlli olacaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada DİN binası qarşısında terakt törətməyə çalışan terrorçulardan biri zərərsizləşdirilib, digəri isə özünü partladıb.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır