Dövlət Departamenti Azərbaycanın Qarabağda antiterror tədbirlərindən 2 gün əvvəl ABŞ, AB və Rusiya diplomatlarının Türkiyədə görüşməsi barədə mətbuatda dərc olunan məlumatı təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Departamentindən “Amerikanın səsi”nə verilən açıqlamada bildirilib.
“Sentyabrın 17-də İstanbulda keçirilən görüşün məqsədi Qarabağda aktual humanitar ehtiyacların həlli olub. ABŞ mövcud vəziyyətə dərindən qarışmaqda davam edir və tərəflərə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə kömək etmək öhdəliyi götürür”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, “Politiko” nəşri İstanbulda 17 sentyabrda ABŞ, AB və Rusiyanın Qarabağla bağlı gizli görüş keçirdiyi haqda məlumat yaymışdı.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır