“Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarəyə heç bir kənar təsir olmayıb, təyyarə qəzasında həlak olanların cəsədlərində əl qumbaralarının izləri aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışında deyib.
“Bilirəm, yəqin ki, şirkət rəhbərliyinə nə baş verdiyi ilə bağlı suallar qalmaqdadır. Qəza barədə məlumatlıyıq, İstintaq Komitəsinin rəhbəri yaxınlarda mənə informasiya verdi. Təyyarə qəzasında həlak olanların cəsədlərindən əl qumbaralarının parçaları tapılıb. Təyyarəyə heç bir kənar təsir olmayıb, bu artıq təsdiqlənmiş faktdır, Rusiya İstintaq Komitəsinin apardığı ekspertizanın nəticəsidir”, - Putin bildirib.
Prezident həmçinin bildirib ki, Priqojinin Sankt-Peterburqdakı ofisindən 10 milyard rubl nağd pul və 5 kq kokain tapılıb.
Xatırladaq ki, Y.Priqojin avqustun 23-də Tver vilayətində baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuşdu.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır