Hər kəs, xüsusən də Ermənistan bilməlidir ki, Qarabağ Azərbaycanındır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin İYİ Partiyasının rəhbəri Maral Akşənər deyib.
“Bu günə qədər Qarabağ sadəcə Azərbaycanın deyil, böyük bir coğrafiyadakı türkün savaşı olub. Qarabağ bizim üçün bir həsrət, türklüyün qovşağı, hüquq və azadlıq mübarizəsinin adıdır. Zəngəzur dəhlizinin açılması və onun Orta Dəhlizə birləşdirilməsi bütün region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək", - partiya sədri bildirib.
M. Akşənər eyni zamanda qeyd edib ki, bölgədə xaos və münaqişə əvəzinə, sülh və sabitlik hökm sürəcək:
“Hər kəs, xüsusən də Ermənistan hökuməti bir faktı çox yaxşı bilməlidir ki, Qarabağ türk torpağıdır, Qarabağ Azərbaycanındır”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət