Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB-nin Bişkek sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında deyib.
Uşakov Paşinyanın iştirak etməməsinin səbəbləri barədə yalnız bunu deyib:
“Biz səbəbini bilirik, amma yəqin ki, özü bunu necəsə izah edəcək”.
Uşakovun sözlərinə görə, əgər Paşinyan MDB sammitinə gəlsəydi, Rusiya Prezidenti Vladimir Putinlə onun arasında görüş Qırğızıstanda təşkil olunacaqdı:
“Burada Azərbaycan Prezidenti Əliyevlə görüşə razılaşdıq, çünki o, iştirak edəcək. Əgər Paşinyan gəlsəydi, onunla da görüş təşkil olunacaqdı”.
Eyni zamanda, Yuri Uşakov vurğulayıb ki, Rusiya ilə Ermənistan arasında təmaslar davam edəcək, tərəflərin müzakirə edəcəyi çox şey var.
Qeyd edək ki, oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılmaqdan imtina edib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır