“TikTok” tərtibatçıları videoları yerləşdirməklə bağlı möhtəşəm yeniliyə imza atıblar. Belə ki, sosial şəbəkədə videolar artıq üçüncü tərəf platformalarının köməyi ilə yayımlana bilər.
Bu barədə şirkətdən bildirilib. Məlumata görə, “Direct Post” adlanan yeni funksiya “Adobe Premiere Pro”, “Adobe Express”, “Twitch” və “CapCut”, “TikTok”un öz redaktə proqramı və s. kimi platformalarla inteqrasiya edir.
“Direct Post”dan istifadə etmək üçün müəlliflər “TikTok” hesablarını video redaktoruna qoşmalıdırlar. Təsdiq tamamlandıqdan sonra “API Content Posting”ə giriş verilir.
Artıq “TikTok”a daxil olmadan, məsələn, “CapCut”ın masaüstü versiyasından yayımlama parametrlərini təyin etmək və video göndərmək mümkün olacaq.
Analoji olaraq, “Adobe Premiere Pro” və “Adobe Express”-dən “TikTok”da videolar dərc etmək mümkündür.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır