UEFA Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi İsmayıl Kartalı cəzalandırıb.
BUTA.TV Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Konfrans Liqasının pley-off mərhələsində Niderlandda “Tvente” ilə İstanbul təmsilçisi arasında keçirilmiş cavab oyununun gec başlaması səbəb olub.
Matçın startını yubatdığı üçün 62 yaşlı mütəxəssisə bir oyunluq şərti cəza verilib. Klub isə 25 min avro məbləğində cərimələnib. Bundan başqa, Türkiyə təmsilçisi azarkeşlərin davranışına görə əlavə 3 min avro ziyana düşüb.
Qeyd edək ki, İstanbuldakı görüşdə “Tvente”ni 5:1 hesabı ilə darmadağın edən “Fənərbağça” səfər matçında da rəqibini bir cavabsız qolla üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət