Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı nifrət bəsləməkdən imtina etməli və reallıqları öz ictimaiyyətinə çatdırmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Baş prokurorun müavini Elmar Camalov Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ın təqdimatında deyib.
O xatırladıb ki, qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb:
"I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqları aparılmaqdadır. Eyni zamanda 44 günlük müharibə və postmüharibə zamanı qeydə alınan cinayət faktları üzrə də istintaq aparılır. Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin həlak olması və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının hazırda istintaqı hazırda davam etdirilir".
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət