Bu gün Azərbaycan İlahiyyat İnstitutunda şair, publisist, jurnalist Anar Məcidzadənin "Sevgi yağışları" şeirlər toplusundan ibarət kitabının təqdimatı olub.
Kitabda müxtəlif mövzulara həsr olunan şeirlər yer alıb. Vurğulanıb ki, Anar Məcidzadə 1998-ci ildən bədii yaradıcılıqla məşğuldur. Şairin bundan öncə altı kitabı işıq üzü görüb.
Vətənpərvərlik və sevgi mövzusu şairin yaradıcılığında önəmli yerlərdən birini tutmaqdır. Qeyd olunub ki, şairin özünəməxsus yazı üslubuna, orijinal dəst-xəttə yiyələnmək istiqamətindəki səyləri təqdirəlayiqdir. Bildirilib ki, Anarın şeirlərinin poetik uğurunu təmin edən əsas amillərdən biri də folklor ənənələrindən qidalanmasıdır.
Tədbirin sonunda A. Məcidzadə tədbir təşkilatçılarına minnətdarlığını bildirib yeni şeirlərini oxuyub.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır