36 gündür ki, mülki əhali birbaşa hədəfə alınıb. Qəzzada xəstəxanaların, məktəblərin və qaçqın düşərgələrinin bombalandığı, dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi tarixdə görünməmiş barbarlıqla qarşılaşırıq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sammitində çıxışı zamanı deyib.
“Qəzzada zülm qarşısında susanlar da zalımlar qədər qana şərikdirlər. Hər zaman insan hüquq və azadlıqlarından danışan Qərb ölkələrinin Fələstində davam edən qırğınlar qarşısında susması utancvericidir. Qərbin münasibəti acizlik və qorxaqlıqdır. İsraili dəstəkləyən ölkələr meydanların səsini eşitməlidir”, - Ərdoğan bildirib.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır