Ermənistan Müdafiə Nazirliyində akkreditə olunmuş erməni mediasının nümayəndələri sərhəd xəttinin cənub-qərb hissələrindən birinə baş çəkiblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Bildirilib ki, media-tur zamanı jurnalistlər cəbhə xəttində aparılan mühəndis-istehkam işləri, eləcə də maddi-texniki təminatla yaxından tanış olmaq imkanı əldə ediblər.
İlk gün jurnalistləri silahlı qüvvələrin mühəndis qoşunlarının rəisi, general-mayor Karen Qriqoryan müşayiət edib.
Sonra Cermukda Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın iştirakı ilə dezinformasiyaya qarşı mübarizə, eləcə də idarə ilə mətbuat arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş müzakirə keçirilib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır