Fransa Şərqi Qüdsün Qədim şəhərin məhəlləsində yaranmış gərgin vəziyyəti dərin narahatlıqla izləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın Qüdsdəki konsulluğunun ermənilərlə polis qüvvələri arasında baş vermiş qarşıdurma ilə bağlı məlumatında deyilir.
“Fransa israilli köçkünlərin əhaliyə təzyiq etdiyi Qədim şəhərin erməni məhəlləsində davam edən gərginliyi dərin narahatlıqla izləyir”, - deyə bildirilib.
Qeyd edək ki, ötən gün erməni icmasının nümayəndələri ilə polis qüvvələri arasında növbəti qarşıdurma baş verib. Dörd erməni polis tərəfindən saxlanılıb, bir müddət sonra onlar sərbəst buraxılıb.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır