Ucar rayonunda anasını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Faiq Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
BUTA.TV-nin xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
İtithama görə, qətl hadisəsi Ucar rayonunun Qaradağlı kəndində baş verib. Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası, 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanı naqillə boğaraq öldürüb.
Faiq Qurbanovun barəsində Cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət