Hepatit virusları selektivdir. Bunlar hepatosit hüceyrələrində oturur və qaraciyəri zədələyir. Ona görə də adları hepatit viruslardır. Hepatit A virusu ancaq hava-damcı yolu ilə keçir və yoluxucu xəstəlikdir. Qalan növləri isə, yəni B, C, D, E - Hepatit A virusunun formalarıdır. Bunlar qanla-kontakt yolu ilə keçirlər.
Bu sözləri BUTA.TV-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Mingəçevir şəhərində uşaqlar arasında Hepatit A xəstəliyinin qeydə alınması barədə danışarkən deyib. Professor bildirib ki, hansısa ərazidə bu virus aşkarlanıbsa, ərazidəki virus ocaqları dərhal məhdudlaşdırılmalıdır:
“Həmçinin, təhsil müəssisələrində, məktəblərdə virus aşkarlanıbsa, bu uşaqlar hospitalizasiya edilsə, daha yaxşı olar. İnfeksion xəstəliklər şöbəsində müalicə olunmalı və onlarla əlaqədə olanlar da nəzarət altına götürülməlidir. Hepatit A virusunun vaksini var. Təəssüf ki, bu gün bizim valideynlərin çoxu vaksinasiyadan yayınırlar. Uşaqlar arasında da müxtəlif infeksion xəstəlikləri baş alıb gedir. Buna ciddi əməl etmək lazımdır”.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır