Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” yük gəmisi İsrailə məxsus deyil, ekipajında heç bir israilli yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilərin yük gəmisini ələ keçirməsi çox ciddi qlobal hadisədir. Bu, Türkiyəni tərk edən və israillilərin olmadığı beynəlxalq mülki heyətlə Hindistana gedən bir gəmidir. Bu, İsrail gəmisi deyil”, - deyə bildirilib.
Qeyd edək ki, Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı İsrailin "Galaxy Leader" yük gəmisini Ədən körfəzində ələ keçiriydiyini iddia edib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır