Noyabrın 19-da “Avro-2024”ün daha bir iştirakçısının adına aydınlıq gəlib.
BUTA.TV xəbər verir ki, G qrupunda keçirilən son oyunlardan sonra Serbiya Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Qrupun son matçında Bolqarıstan millisi ilə qarşılaşan Serbiya oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Bununla da xallarının sayını 14 çatdıran Serbiya üçüncü yerdə qərarlaşan Monteneqro (11 xal) üçün əlçatmaz olub. Sonuncular isə səfərdə qrupun lideri Macarıstana məğlub olublar – 1:3.
Beləliklə, G qrupundan Macarıstan və Serbiya Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanıblar.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır