Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bu barədə məhkəmə iclasında danışıb. Saakaşvili bildirib ki, o, bir müddət Gürcüstandan kənarda olmalıdır:
“Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”.
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır