Ermənistan 6 ildir ki, KTMT-yə bacardığı qədər ziyan vurur. Həmişə nəyisə bəyənmirdi. İndi KTMT-də iştirakını dayandırmağa çalışır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.
“2018-ci ildə Ermənistandakı çevrilişdən sonra yeni lider Paşinyanın ilk etdiyi iş KTMT-nin işini əngəlləmək oldu. Eyni tendensiyalar 5 ildən sonra təkrarlanır. Əvvəllər “Ermənistanın KTMT-də olub-olmaması” məsələsi yüksək səviyyədə müzakirə olunmurdu. İndi isə bu, İrəvanda rəsmi gündəm səviyyəsinə keçib. Beləliklə, erməni cəmiyyəti Rusiyadan tədricən qopmağa, Rusiyadan ayrılmağa hazırlaşır. Erməni əhalisi Rusiya İrəvanın yanında olmasa, onları kimin müdafiə edəcəyini həqiqətən də anlamır. İrəvan ABŞ-a göstərmək istəyir ki, bəli, Ermənistan sizinlədir, Qərbə doğru gedir. Həm də nümayiş edir ki, Rusiya bizi dəstəkləmədiyi üçün ondan belə qisas alacağıq”, - o bildirib.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır