Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı memuarında ilk dəfə ikinci ailəsindən bəhs edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Orda.kz” portalı məlumat yayıb. Kitabda Nazarbayevin ikinci xanımı - Asel İsabayeva ilə evliliyi və iki oğlu barədə etiraflar var.
“Biz müsəlman adətləri ilə evlənmişik. Bu evlilik mənə iki uşaq – iki şərəfli oğlan verdi. Tauman 2005-ci, Bayken isə 2008-ci ildə anadan olub”, - Nazarbayev bildirib.
Hətta Nazarbayevin 1962-ci ildə evləndiyi Sara adlı ilk xanımı da keçmiş prezidentin ikinci ailəsi barədə məlumatlı olub.
Nəşrin məlumatına görə, kitab tezliklə satışa çıxarılacaq. Hələlik ilk nüsxələri siyasətçilər, ekspertlər və jurnalistlər əldə ediblər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət