Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.
BUTA.TV xəbər verir ki, açılış oyununda “Araz-Naxçıvan" "Səbail"i qəbul edib. “Dalğa Arena”da keçirilən görüşdə qalib müəyyənləşməyib – 1:1.
Hesabı 18-ci dəqiqədə muxtar respublika təmsilçisi açıb. Muhammed Kadiri baxımlı qolla komandasını önə çıxarıb. Qonaqlar 90+3-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Naxçıvanlıların heyətində Numan Kurdiç avtoqol müəllifi olub.
Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlayacaq.
Qeyd edək ki, turun digər matçları dekabrın 3-4-də keçiriləcək.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət