Van gölündə suyun azalması nəticəsində Səlcuqlar dövrünə aid məzar daşları tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Van vilayətinin Gevaş rayonu ərazisində gölün sahilindən Səlcuqlar dövrünə aid 35 məzar daşı Van Muzey İdarəsinin mütəxəssisləri tərəfindən sudan çıxarılıb.
Yazıları və ənənəvi motivləri ilə diqqət çəkən iki metr hündürlüyündə olan tarixi məzar daşları muzeyə aparılıb. Mühafizə altında olan məzar daşları təmizləndikdən sonra yenidən Səlcuqlu qəbiristanlığına qoyulacaq.
Araşdırmalar nəticəsində məlum olub ki, daşlar 1930-40-cı illərdə buraya gətirilərək körpü tikintisində istifadə edilib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət