Azərbaycanda səfərdə olan türkiyəli bloger Alper Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib.
O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb.
BUTA.TV xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib:
“Türkiyəli bloqer Alper Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə məbləği ödənilib”.
O əlavə edib ki, “Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:
“Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət