Suriyanın şimal-şərqində ABŞ-ın üç bazası raketlə vuruldu

22:20 - 16 Dekabr 2023 - GÜNDƏM

 Suriyanın şimal-şərqində ABŞ-ın üç bazası raketlə vuruldu

Suriyanın şimal-şərqində yerləşən ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Əl-Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi obyektində bir neçə güclü partlayış baş verib. Tələfat və maddi ziyanla bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Suriyanın şimal-şərqində Koniko qaz yatağı yaxınlığındakı ABŞ bazası raket atəşinə tutulub. Hər iki hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti şiə hərəkatı öz üzərinə götürüb.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol