Qubadlı rayonunun Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulacaq.
Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən BUTA.TV-a verilən məlumata görə, kənd işğal dövründə tamamilə dağıdılıb.
Xanlıq kəndi ərazisində yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən bu il mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır