Uğurlu PUA hücumları, Qara dənizdə və Krım yaxınlığındakı Rusiya hərbi-dəniz qurğularına raket zərbələri ilə birlikdə Ukraynaya düşmən gəmilərini Sevastopol körfəzindən çıxarmağa və ticarət gəmiləri üçün təhlükəsiz dəniz dəhlizi yaratmağa şərait yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzetinə Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) adı açıqlanmayan rəsmisi bildirib.
O bildirib ki, Rusiyanın “Akula” və “Serna” sinifli desant katerlərinin məhv edilməsi, Rusiyanın Qara Dəniz Donanmasının patrul gəmisi “Sergei Kotov”a və “İvan Xurs” kəşfiyyat gəmisinə uğurlu hücumlar Ukrayna hərbi kəşfiyyatının dəniz pilotsuz təyyarələrinin operatorlarının fəaliyyətinin nəticəsidir.
Rəsmi qeyd edib ki, Ukrayna bu addımla Qara dənizdə təhlükəsizlik zolağı yaratmağı bacarıb.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır