İran parlamentinin sədr müavini Müctəba Zülnuri İranın Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməyə hazır olduğunu deyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə parlamentdəki çıxışında bildirib.
"Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməklə ərəb hökumətlərinin onları aldatmasının qarşısını almaq istəyirik",- o bildirib.
Qeyd edək ki, dekabrın 20-də Mərakeşdə Rusiya ilə ərəb ölkələri arasında keçirilən birgə iclasda İran körfəzində yerləşən 3 mübahisəli ada ilə bağlı BƏƏ-nin mövqeyini dəstəkləyən bəyanat qəbul edilib.
Rusiya İran nəzarətində olan Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildirən bəyanata qol çəkib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır