Britaniyaya məxsus hərbi gəmi Qayana sahillərinə yola düşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti yazıb.
Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, "Trent" patrul gəmisi Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək.
Top və pulemyotlarla silahlanmış "Trent" əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir. Gəmi adətən Aralıq dənizində fəaliyyət göstərir. "Trent"in heyəti 65 nəfərdən ibarətdir. Gəmiyə helikopterin də yerləşməsi mümkündür.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır