Qazaxıstan Rusiya – Qazaxıstan – İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edib.
BUTA.TV TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Qazaxıstan informasiya texnologiyaları sahəsində əməkdaşlığın hərtərəfli inkişafdan yanadır. Bu müstəvidə, Rusiya – Qazaxıstan – İran marşrutu üzərindən Hind okeanının sahili boyu keçən mövcud beynəlxalq xətlərə qoşulmaq üçün fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, – dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmağa imkan verəcək.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır