Zatulin Bakıda həbsdə olan separatçılara görə yas qurdu

17:46 - 28 Dekabr 2023 - GÜNDƏM

 Zatulin Bakıda həbsdə olan separatçılara görə yas qurdu

Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin Azərbaycanın Qarabağ iqtisadi zonasında separatçılıq fəaliyyətinə görə həbs olunmuş “hərbi-siyasi rəhbərliyin” nümayəndələrinin taleyindən narahat olduğunu bildirib.

BUTA.TV xəbər verir ki, siyasətçi bu barədə Teleqram kanalında məlumat yayıb.

O qeyd edib ki, ötən il Ermənistan və Rusiya xalqının tarixi əlaqələri üçün çətin sınaq olub:

“Bilirsiniz ki, Rusiya bütün Qərblə Ukrayna uğrunda vuruşur. Ginnesin Kitabına düşdük: Rusiyaya 17 min 500 ədəd sanksiya tətbiq edildi. Erməni xalqı “özünün” əziz bir hissəsini, “artsaxını” itirdi. Aşkar ədalətsizliklə razılaşmaq çətindir, hətta qeyri-mümkündür - təkcə Ermənistanda sizin üçün deyil, Rusiyada da mənim üçün. Dostlarım Arkadi Qukasyanın, Bako Saakyanın və onların bütün yoldaşlarının taleyi bizi narahat edir”.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Qeyd edək ki, həmən bu Zatulinin Ermənistana girişi qadağan edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol