NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bunu NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.
O qeyd edib ki, Alyans Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həm Avropa İttifaqının, həm ABŞ-ın, eləcə də Azərbaycan və Ermənistanın ikitərəfli qaydada atdığı addımları dəstəkləyir.
Kolomina həmçinin xatırladıb ki, bu yaxınlarda Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb.
“Biz öz dəstəyimizi davam etdirəcəyik və ən yaxşısına ümid edəcəyik. Əsas odur ki, Qafqazda sabitlik təkcə bizim Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanın gətirə biləcəyi sabitlik hesabına qorunur”, - o vurğulayıb.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır