Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-ə qədər 3 il müddətinə gömrük rüsumundan azad edilib.
BUTA.TV xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, daha 3 il gömrük rüsumundan azad edilən məhsullara aşağıdakılar daxildir:
Bəzi tərəvəz bitkilərinin toxumları,
maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları,
balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət