Xəbər verdiyimiz kimi, İstanbulda ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüş baş tutub.
BUTA.TV diplomatik mənbələrə istinadən xəbər verir ki, rəsmilər ikitərəfli əlaqələri, o cümlədən Türkiyənin ABŞ-dan F-16 qırıcılarının alışı prosesinin tamamlanması ilə gözləntilərini müzakirə edib, İsveçin NATO-ya üzvlüyü məsələsində yekun qərarın Türkiyə parlamentində (TBMM) qəbul ediləcəyi vurğulanıb.
Fidan Qəzzada dərhal atəşkəsin təmin edilməsi və bunun fonunda anklava humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini bildirib.
Görüşdə həmçinin Azərbaycan-Ermənistan arasında müzakirələr, Suriya və İraq kimi regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır