Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima – Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb.
Kult.az Globalinfo.az-a istinadən xəbər verir ki, ictimaiyyətdə kifayət qədər tanınan hər üç şəxs ömrünün 48-ci ilində vəfat edib.
Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə – 48 yaşlarını tamamladıqdan sonra dünyalarını dəyişiblər.
Ötən gün isə Əməkdar artist Aygün Bəylər 48 yaşında həyatını itirib.
Üç məşhur şəxsin eyni yaşda vəfat etməsi diqqət çəkib.
Allah rəhmət eləsin!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır