Çin startapı “Betavolt” şirkəti 50 il ərzində elektrik enerjisi verə bilən yeni “əbədi” akkumulyator yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Pekində yerləşən “Betavolt”dan bildirilib ki, 63 nüvə izotopundan ibarət batareya nüvə enerjisinin miniatürləşdirilməsinin dünyada ilk nümunəsidir.
Yeni nəsil akkumulyator artıq pilot sınaqdan keçib, smartfonlar və dronlar kimi kommersiya tətbiqləri üçün kütləvi istehsal olunacaq.
"Betavolt” nüvə batareyaları aerokosmik, süni intellekt, tibbi avadanlıq, mikroprosessorlar, qabaqcıl sensorlar, kiçik dronlar və mikro robotların uzunmüddətli enerji ehtiyaclarını ödəyə bilər", - deyə startapın press-relizində deyilir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət