Yanğın ərəfəsində “Wildberries” anbarında kütləvi təhlükəsizlik yoxlamaları aparılıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb anbar yaxınlığında baş verən bıçaqlanma hadisəsi olub.
Məlumata görə, yanvarın 10-dan 11-nə keçən gecə Sankt-Peterburqun Moskva şosesindən bir qədər aralıda kütləvi dava olub. Tacikistan və Azərbaycan vətəndaşları arasında düşən davada tacikistanlı azərbaycanlıya bir neçə bıçaq zərbəsi endirib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Polis qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb.
Lakin dava zamanı marketpleys anbarının işçiləri də xəsarət alıblar. Hadisə yerinə gələn polis əməkdaşları anbar işçilərini və anbarı nəzarət altına alıblar.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət