MOSSAD Avropada İsrailin aktivlərinə qarşı terror aktları hazırlayan HƏMAS şəbəkəsini üzə çıxarıb.
BUTA.TV xəbər verir ki, İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, şəbəkənin hədəfində İsrailin İsveçdəki səfirliyi olub.
“Avropanın xüsusi xidmət orqanları ilə birgə keçirilən əməliyyat zamanı yaraqlıların bəziləri öldürülüb, bəziləri Almaniya, Danimarka, Niderland və İsveçdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, şübhəlilərin bir qismi qaçmağa müvəffəq olub”, - məlumatda qeyd olunub.
Bildirilib ki, şəbəkə hücumları həyata keçirmək üçün partlayıcı qurğular və dronlardan istifadə etməyi planlaşdırırmış.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət